Binə ticarət mərkəzində kütləvi zəhərlənmə

50-dən çox şəxs xəstəxanaya yerləşdirilib
Binə ticarət mərkəzində kütləvi zəhərlənmə

Lökbatan yaxınlığında fəaliyyət göstərən ən böyük ticarət mərkəzlərindən biri olan Binədə kütləvi zəhərlənmə baş verib. Ticarət mərkəzində çalışanların SİA-ya verdiyi məlumata görə, səhər saatlarında elektrik enerjisi kəsildiyindən mağaza sahibləri generatorları işə salıblar. Bu zaman generatorlardan çıxan qaz insanların kütləvi zəhərlənməsinə səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcilli yardım briqadaları cəlb edilib. Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə yerinə xeyli sayda həkim briqadası göndərilib. Xeyli şəxsə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olanlar isə xəstəxanalara aparılıb. Klinik Tibbi Mərkəzdən də hadisənin baş verdiyini təsdiq ediblər.

Rəsmilər tərəfindən təsdiq olunmayan, lakin ticarətlə məşğul olanlar onu da bildiriblər ki, zəhərlənmə nəticəsində çoxlu sayda ölənlər var. Zəhərlənənlərin bir neçəsinin vəziyyəti hələ də ağır olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə