Qonşular arasında dava

Ağcabədidə baş verən hadisədə rayon sakini 18 yaşlı Orxan İsmayılov, yaxın qonşusu 28 yaşlı Rüfət Şükürovu bıçaqlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, o mətbəx bıçağı ilə qonşusunun qarın nahiyəsindən bıçaq zərbəsi endirib. Orxan İsmayılov hadisə yerindən qaçsa da Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində tutulub.

Hadisə ilə bağlı Ağcəbədi rayon Polis Şöbəsində qəsdən sağlamlığa zərərvurma maddiəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə