Soydaşımız oxa tuş gəldi

Moskvanın şərqində Azərbaycan vətəndaşının meyiti tapılıb. APA-nın məlumatına görə, soydaşımız oxla kürəyindən vurularaq öldürülüb.

Kriminalistlər soydaşımızın bədənindən bir metr uzunluğunda, diametri 5 mm olan oxu çıxarıblar. Onun üzərində iki telefon və kiçik miqdarda pul aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə