Bu gün saat 11:30 radələrində Şirvan şəhərinin L.İbrahimov küçəsində yerləşən, Əliheydar Mirzəyevə məxsus kafedə yanğın baş verib. SİA-nın Şahidlərin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, yanğının baş verməsinə səbəb qaz balonunun partlaması olub. Hadisə yerinə gələn Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları gərginliklə yanğını söndürən zaman 1 nəfər işçini elektrik cərəyanı vurub. Xoşbəxtlikdən YMX-nin əməkdaşı xəsarət almayıb. Yanğının qarşısı isə tez bir zamanda alınıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB