Tapıldı, amma...

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 3-də S.Vurğun küçəsində yerləşən avtomobil dayanacağından Bakı şəhər sakini Nəcabət Məmmədovaya məxsus "Subaru" markalı avtomobil qaçırılıb. Daha sonra avtomaşın sentyabrın 11-i saat 21:10 radələrində 1 May küçəsində tamamilə əzik vəziyyətdə tapılıb. Cinayətdə şübhəli bilinən Bərdə rayon sakini Cəfər Əsaszadə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə