Abşeron rayonunda qanlı hadisə

Abşeron rayonunda qanlı hadisə baş verib. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, sentyabrın 11-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vasif Musayev xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq, həmyerlisi Şahlar Mustafayevə ayaq nahiyəsindən xəsarət yetirib. V.Musayev atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Ş.Mustafayev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Abşeron RPŞ əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Musayev tutulub və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi ondan götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə