Diaspor liderimizə suiqəsd

Rusiyada yaşayan, Azərbaycan diasporunun rəhbəri İslam Hüseynova qarşı sui-qəsd təşkil olunub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, hadisə zamanı Hüseynov yaralanıb, sürücüsü isə həlak olub.

Məlumat üçün bildirək ki, İslam Hüseynov 1969-cu il mayın 10-da Bakıda kimyaçı ailəsində dünyaya gəlib. 90-cı illərin əvvəllərində Ulyanovska köçüb və həmən şəhərdə sahibkarlıqla məşğul olmağa başlayıb. 2005-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Federal Dairəsi üzrə sədri vəzifəsinə seçilib. Regionun diaspor quruculuğunda böyük rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə