Vüsal Əliyev qandallandı

Bir vaxtlar populyar olan Azərbaycan müğənnisi həbs edildi. Söhbət müğənni Vüsal Əliyevdən gedir. SİA-nın milli.az-a istinadən verdiyi məlumata görə, onu Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar. İdarədən verilən məlumata görə, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub.

Onu da əlavə edək ki, V. Əliyev bir müddət Moskvada yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə