Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 5-nə keçən gecə M.Rüstəmov küçəsində Əsabil Hacıağayevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Oğurlanan avtomaşın saat 18:02 radələrində Babək prospektində toxunulmamış vəziyyətdə tapılıb. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran, Bakı şəhər sakini Tural Qasımov, sentyabrın 10-da yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB