Hacıqabulun Abdulabad kəndində maşın kanala düşdü, 3 nəfər boğulub dünyasını dəyişdi
SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, Hacıqabul rayonun Abdulabad kəndinə ötən gün axşam qohumlarıgilə qonaq gələn Sabirabad rayonunun Qəzli kəndinin sakinləri gecə saat 01:01 radələrində evlərinə qayıdarkən sürücü 1967-ci il təvəllüdlü Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi VAZ -2106 markalı 10 ON 619 nömrəli maşınla hərəkətdə olarkən ani olaraq idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq kollektora düşüb. Hadisə zamanı sürücü də daxil olmaqla avtomobilin içərisindəki sərnişinlər, Sabirabadın Qəzli kəndinin sakinləri 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu, 2007-ci il təvəllüdlü İzzət Nuriyev suda boğularaq ölüblər.
Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə xoşbəxtlikdən sağ qalıb. Maşının kollektora düşməsi səhər saatlarında məlum olub.
Qeyd edək ki, faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB