Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, yanvarın 24-nə keçən gecə 7-ci mikrorayonda yaşayan Mobil Şammədova məxsus "VAZ-2107" markalı avtomobildən açarseçmə yolu ilə maqnitofon, 2 ədəd səsgücləndirici, ehtiyyat təkər, ət məhsulları, mayın 4-nə keçən gecə C.Xəndan küçəsində Türkiyə Respublikasının vətəndaşı Korkut Orana məxsus "Nissan" markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, fotoaparat, avqustun 4-dən 5-dək olan müddətdə isə A.Kunanbayev küçəsində Bakı şəhər sakini Məsud Mahmudova məxsus "VAZ-21074" markalı avtomobildən açarseçmə yolu ilə maqnitofon oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Azər İbrahimov sentyabrın 9-da yaxalanıb.
Bununla yanaşı Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Fuad Həsənov sentyabrın 8-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB