Sabirabadda son 10 gündə sayca 4-cü qətl hadisəsi baş verdi. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün axşam təxminən saat 21:30 radələrində Sabirabadın Nizami kəndində 32 yaşlı gənci qonşuları ağacla döyərək amansıcasına qətlə yetiriblər.
Hadisədə iştirak edərək döyülən şəxs 1992-ci il təvəllüdlü Sabirabad rayonun Nizami kənd sakini Tağıyev Eyvaz Yadulla oğlunun dediyinə görə qonşuları Rafiq gil həyət evlərinin hasarının küçə tərəfindəki hissəsində yığdıqları ot tayasının yanında yeri traktor gətirib qazdırırmaq istəyiblər. Bu zaman 75 yaşlı ev sahibi, Qarabağ döyüşlərində şəhid olan Tağıyev İslamın atası Tağıyev Yadulla çıxaraq etiraz edib və traktoru ərazidən qovub. Bu zaman qonşu Rafiq, qardaşı Amil və bu şəxslərin oğlanları Bəhruz, Emin, Vüsal, Fuad kişini söyərək yumruqla vuraraq yerə yıxıblar. Atasının döyülməsini görən Eyvaz 6 nəfərdən ibarət hücum dəstəsinə müqavimət göstərmək istəyəndə onu da ağacla vurublar və huşunu itirərək yerə yıxılıb. Digər qonşu 1980-cı il təvəllüdlü həmin kəndin sakini Kərimov Elşad Ağaqulu oğlu harayçılıq edərək davanı sakitləşdirməyə gələrkən gözünü qan tutmuş qonşular onu da ağacın altına salaraq döyüblər.
Elşad Kərimovu evinə aparılıb və az keçmədən su içdikdən sonra ürəyində ağrılar olduğunu bildirib. Sonra vəziyyəti ağırlaşan 32 yaşlı gəncin başında ağrılar kəskinləşib. Elşad Kərimov xəstəxanaya aparıldıqda yolda keçinib. Mərhumun 2 az yaşlı uşaqları isə atasız qalıb. Baş verən qətl hadisəsi barədə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluqdan hadisədə şübhəli bilinən şəxslərin hələ saxlanılmadığı bildirildi. Xatırladaq ki, mərhum Elşad Kərimov 8 gün öncə Sabirabadın Xankeçən kəndində güllələnib qətlə yetirilən polis Eldəniz Quliyevin dayısı oğludur.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB