Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Firuz Nəzərəliyevdən 0,324 qram narkotik vasitə olan heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, F.Nəzərəliyev Şamaxı rayon sakini Ramil Alıyevlə birlikdə mayın 17-də Albalılıq massivində yaşayan Rüstəm Cabbarovun evindən pəncərədən keçməklə televizor, DVD, kompyuter, yataq dəsti və sentyabrın 2-dən 5-dək olan müddətdə Bakı şəhər sakini Hicran Əsgərova məxsus Albalılıq bağ massivində yerləşən bağ evindən pəncərədən keçmə yolu ilə 500 manat, qızıl-zinət əşyası, noutbuk, DVD, kondisioner, məişət əşyaları oğurlayıblar. Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Alıyev sentyabrın 6-da yaxalanıb.
Bununla yanaşı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, martın 27-də Buzovna qəsəbəsi G.Məmmədov küçəsində yaşayan İntizar Əsgərovun mənzilindən qapını sındırma yolu ilə 15 min manat, mayın 19-da İ.İbrahimov küçəsində yaşayan Sudabə Heydərovanın, iyulun 1-də Binə qəsəbə sakini Surac Dadaşovun, iyulun 19-da Buzovna qəsəbəsi Neftçilər küçəsində yaşayan Nuriyyə Yusibovanın mənzillərindən qızıl-zinət əşyaları, avqustun 4-də isə Binə qəsəbəsində yaşayan Fikrət İsmayılovun mənzilindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 3000 manat, noutbuk və qızıl-zinət əşyaları oğurladıqları məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB