Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli evdə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, partlayış beşotaqlı evin 1-ci mərtəbəsindəki mətbəxdə baş verib.
Nəticədə mətbəxin pəncərə çərçivələri, 1 otağın qapısı, 2-ci mərtəbədə 1 otaq və dəhlizin pəncərə çərçivələri, tavanı dağılıb. Evin girişində yerləşən pilləkən qəfəsində lambirdən ibarət tavan yüksək temperaturdan 2 kv.m sahədə əriyib.
Hadisə nəticəsində 2 nəfər ev sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB