39 məcburi köçkün öldü

100-dən çox sərnişin daşıyan gəminin Türkiyənin şərq sahillərində batması nəticəsində 39-dan çox məcburi köçkün həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün baş verən hadisədə çox sayda sərnişin itkin düşüb. İzmir bölgəsinin icra nümayəndəsi Ardahan Totuq gəmidə 39 insan cəsədinin aşkarlandığını və ölənlərin sayının artacağının istisna olmadığını bildirib.

İzmirin icra hakimi Tahsin Kurtbeyoğlu: "Gəminin kapitanını və onun köməkçisini, həmçinin 43 illeqal immiqrantı xilas etmək mümkün olub", -deyə bildirib.

Xatırladaq ki, gəmidə olan sərnişinlər Suriyada baş verən vətəndaş müharibəsindən xilas olmaq istəyən ərəb immiqrantlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə