Şirvanda bədbəxt hadisə baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, bu gün günorta saatlarında Şirvan şəhərinin G. Şıxbala oğlu küçəsində yerləşən və 1956-cı ildə tikilən 2 mərtəbəli 8 mənzildən ibarət yaşayış binasının 2-ci mərtəbəsindəki Nəzərov Tofiq Nadir oğluna məxsus olan mənzilin eyvanı uçub. Eyvana havasını dəyişməyə çıxan 1929-cu il təvəllüdlü ev sahibinin atası Nəzərov Nadir Rzaqulu oğlu uçqun zamanı 2-ci mərtəbədən həyətə yıxılıb. Nəticədə 83 yaşlı qoca ağır xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB