Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün saat 04:30 radələrində Şərifzadə küçəsində 35-40 yaşlarında kişi qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə daxil olub və orada ölüb. Araşdırma zamanı onun X.Mustafayev küçəsində yaşayan əvvəllər məhkum olunmuş Əlisöhbət Qasımov olduğu müəyyən edilib. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini İkram Yusifov yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB