Toyda 4 nəfəri bıçaqlayan şəxs Saatlı polisi tərəfindən saxlanılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saat 21:00 radələrində Saatlının Cəfərxan kəndində baş verib. Hadisəni törədən şəxs Saatlı rayon Cəfərxan kənd sakini 23 yaşlı Hüseynov Samir Möhübbət oğlu toyda yeyib içdikdən sonra içkili vəziyyətdə həmkəndliləri ilə aralarında mübahisə yaranır. Mübahisə nəticəsində Hüseynov Samir 4 nəfəri bıçaqla vuraraq, hadisə yerindən qaçıb. Xəsarət alanlar rayonun Cəfərxan kənd sakinləri 32 yaşlı Babayev Elçin Səmədağa oğlu, 31 yaşlı Babayev Rafayıl Gülbala oğlu, 30 yaşlı Heybətov Asif Əlheydər oğlu və Babayev Zaur Gülağa oğlu olub. Yaralılar dərhal Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxs Saatlı polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB