Saatlı sakini dörd nəfəri bıçaqlayıb. Bu barədə SİA-nın Aran bürosuna Saatlı rayon Polis Şöbəsinin müstəntiqi Xəyal Abasov məlumat verib.
Onun dediyinə görə, hadisə ötən gün saat 21.00 radələrində rayonun Cəfərxan kəndində qeydə alınıb. Saatlı rayon Cəfərxan kənd sakini, 23 yaşlı Samir Möhübbət oğlu Hüseynov sərxoş vəziyyətdə həmkəndliləri ilə aralarında yaranmış mübahisə zəminində 32 yaşlı Babayev Elçin Səmədağa oğlunu, 31 yaşlı Babayev Rafael Gülbala oğlunu, 30 yaşlı Heybətov Asif Əlheydər oğlunu və Babayev Zaur Gülağa oğlunu bıçaqlayıb.
Yaralılar Saatlı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda xəstələrin vəziyyəti keçirilmiş cərrahi əməliyyatlara uyğundur. Yaralılardan Rafael Babayevə ilkin yardım göstərildikdən sonra Bakı şəhərinə, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstutuna göndərilib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB