"Bakının Qaradağ rayonunda baş verən yol qəzası nəticəsində ölənlərin sayı hələlik 6 nəfərdir". Bunu mətbuata Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, ölənlərin sayı arta da bilər: "Kliniki Tibbi Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2 nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb. Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb".
Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə bildirib ki, qəza nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda gətiriləndə ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir: "Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi yoxdur və ya qohumları bilmirlər".
Hazırda mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB