Sabirabadda dəhşətli qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, ötən gecə Sabirabad rayonunda saat 02.02 radələrində rayonun Xankeçən kəndi ərazisində odlu silahla qətl hadisəsi törədilib.
Kənd sakini 1986-cı il təvəllüdlü Abıyev Gülhüseyn Xanhüseyn oğlu, həmkəndlisi 1960-cı il təvəllüdlü Zeynalov Azad Səmid oğlunu və ərazinin sahə müvəkkili polis baş leytenantı 1975-ci il təvəllüdlü Quliyev Eldəniz Musa oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Sahə müvəkkili hadisə yerində dünyasını dəyişib, Azad Zeynalov isə Salyan rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hələlik hadisənin nədən baş verdiyini istintaq aydınlaşdırır.
Qeyd edək ki, faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Iqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB