Yük maşını bir nəfərin həyatına son qoydu

Yük maşını bir nəfərin həyatına son qoydu

Goranboy sakini Amil Həsənovun idarə etdiyi "KAMAZ" markalı yük maşını ilə yol kənarında dayanan "VAZ-2101" markalı avtomobilin üstünə çıxıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, "VAZ-2101" markalı avtomobilin sürücüsü 53 yaşlı Ağcabədi rayon sakini Pəsit Qasımov faciəvi şəkildə həyatını itirib.

P.Qasımov "Taxi" xidməti göstərmək üçün maşınıyla yol kənarında sərnişin gözlədiyi zaman, idarəetməni itirən "KAMAZ"-ın sürücüsü əvvəlcə yol kənarındakı ağaclara çırpılaraq, daha sonra yol kənarında dayanan avtomobili əzib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasedici qurupu maşını doğrayaraq meyidi çıxarıb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə