Bu gün Bakı şəhərinin Nəsimi rayonu ərazisində partlayıcı qurğu aşkarlanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 144 ünvanında partlayıcı qurğu aşkarlanması barədə məlumat daxil olub.
Dərhal FHN-in mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman bir ədəd istifadəyə yararsız "F-1" markalı əl qumbarası aşkar edib və aidiyyəti üzrə təhvil verilib. Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB