Bir gündə Bərdədə iki yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qəzaların biri Heydər Əliyev prospektində, digəri isə rayonun Əliyanlı kəndi ərazsində baş verib. Heydər Əliyev prospektində baş verən qəzada iki minik maşını toqquşub. Hadisə zamanı hər iki avtomobil tamamilə yararsız hala düşsədə sürücülərən biri yaralanıb. Qəzaya səbəb avtomobillərdən biri digərinin hərəkət zolağına çıxması olub.
Əliyenlı kəndi ərazisində baş verən digər qəzada isə 3 minik maşını bir-birinə dəyib. Zəncirvari qəzada 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzaya səbəb ilkin versiya kimi "VAZ 2107" markalı avtomobilin sürət həddini aşması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hər iki qəzada xəsarət alan yaralılar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı Bərdə polisində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB