Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Quba-Xaçmaz yolunun 1-ci km-də, rayonun Timiryazev kəndində qeydə alınıb. "VAZ-2107" markalı, 10 KG 192 dövlət nömrə nişanlı avtomobillə "QAZel" markalı, 10 BH 230 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hadisə zamanı zərbənin gücündən "QAZel" "VAZ 2107"-nin üstünə aşıb və "VAZ-2107" tamamilə əzilərək, yararsız hala düşüb.
Qeyd edək ki, hadisə yerində işləyən Quba Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı heç bir məlumat verməyib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB