Gecə saatlarında Siyəzəndə 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 40 yaşlı Siyəzən sakini Kamil Əliyevin idarə etdiyi "Hundai" markalı maşın Bakı istiqamətinə doğru hərəkət edərkən əks istiqamətdən gələn Maştağa sakini 21 yaşlı Toğrul Novruzovun idarə etdiyi "Nissan" markalı maşınla toqquşub. Nəticədə "Hundai" markalı maşında olan sürücünün həyat yoldaşı Bahar Etibar qızı Əliyeva, "Nissan"da isə sürücünün atası Kamal Məmməd oğlu Novruzov dünyasını dəyişib.
Hər 2 sürücü və daha bir sərnişin yaralı vəziyyətdə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Siyəzən Polis Şöbəsinin müstəntiqi Nicat Məmmədzadənin SİA-nın Şimal bürosuna verdiyi məlumata görə, hazırda qəzaya hansı sürücünün səbəb olduğu polis tərəfindən araşdırılır. Müstəntiq bildirib ki, 40 yaşlı Bahar Əliyeva və 52 yaşlı Kamal Novruzov hadisə yerində vəfat edib: "Eyni zamanda hər 2 avtomobilin sürücüləri və "Nissan" avtomobilinin sərnişini olan 48 yaşlı Şahbəyim Novruzova müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib".
Qeyd edək ki, "Hundai" markalı avtomobilin sürücüsü Kamil Əliyev FHN-nin Siyəzən Yanğından Mühafizə xidmətinin rəisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB