Mingəçevirdə baş verən hadisədə ticarət mərkəzi yanaraq kül olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə əsasən, hadisə Mingəçevir şəhərinin mərkəzindəki "Əşya bazarı" adlanan ticarət mərkəzində baş verib. Alış-veriş vaxtı olmadığı üçün sahibkarlar hadisədən gec xəbər tutub və yanğın qısa müddətdə ticarət mərkəzindəki bir çox mağazanı əhatə edib
Hadisə yerinə Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə hissəsinin maşınları, canlı qüvvəsi və şəhər polis şöbəsinin bütün şəxsi heyəti cəlb edilib. Yanğın 2 saat ərzində söndürülüb. Hadisə zamanı ümumi sahəsi 300 kv/m olan 18 sahibkar mağazası içərisindəki bütün əşyalar yanıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 25 gün öncə Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində də böyük yanğın baş vermişdi. Həmin hadisə zamanı 5 sahibkara məxsus ərzaq və tikinti mallarının topdansatış mağazası,
və yaxınlıqdakı 3 mərtəbəli fərdi yaşayış evi də yanmışdı.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB