Bakıda bir neçə cinayətlərdə şünhəli bilinən və uzun müddət axtarışda olan şəxs yaxalanıb. Yasamal rayon 28-ci polis bölməsinin növbətçisinin verdiyi məlumata görə, əməliyyat ötən gün keçirilib.
Belə ki, Bakının müxtəlif rayonlarında və eləcə də Yasamal rayonu ərazisində qadınları qorxudaraq, qızıl boyunbağı, zinət əşyalarını oğurlayan 28 yaşlı Ehtiram Həşimov yaxalanıb. O, bir çox soyğunçuluq cinayətlərində şübhəli bilinir. Lakin Ehtiram Həşimov uzun müddət polisdən məharətlə gizlənə bilirmiş.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB