Azərbaycanlılara atəş açanlar kim olub?

Azərbaycanlılara atəş açanlar kim olub?

Avqustun 22-də Rusiyanın Stavropol şəhərinin "Yujnıy" bazarında Azərbaycan, Tacikistan və ermənilərdən ibarət ticarətçilərə naməlum silahlı hücum edən şəxslərin kimliyi müəyyənləşdirilib. Rusiya mətbuatının verdiyi məlumata görə, həmin hadisənin bir-birilə düşmənçilik aparan iş adamlarının ola biləcəyi ehtimal edilir.

Ilkin ehtimala görə, əvvəlcə münaqişə elə satıcıların öz aralarında baş verib. Yer davası edənlərdən biri köməyə muzdlu dəstləri çağırıb. Rusiyada belə münaqişələrin daha da böyüməsi və vəziyyəti olduğundan gərgin göstərmək üçün xüsusi qruplaşmalar işləyir. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, belə muzdlu dəstələr keçmiş hərbçilər, Cəzaların İcrası Federal Xidmət İdarəsi sistemi, hüquq-mühafizə orqanlarının əməkdaşları və idmançılardan ibarət olurlar. Bir qayda olaraq, onlar travmatik silahlardan istifadə edirlər, lakin xüsusi "effekt" üçün odlu silahlardan da istifadə olunur, yoldan keçənlərin xəsarət almaması üçün ancaq ayağa vururlar.

Bu versiyanın həqiqətə daha çox uyğun olması həm hadisə şahidləri, həm də müşahidə kameralarının lentə aldığı video sübut edir.

Bütün xəbərlər Facebook səhifəmizdə