Ötən gün axşam saatlarında Lənkəranda baş verən avtoqəza 1 nəfərin ölümünə, 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Hadisə Ələt–Astara magistral yolunun 184-cü km-də, yolun Lənkəran rayonunun Şirinsu kəndindən keçən hissəsində baş verib.
Lənkəran şəhər sakini, 51`yaşlı Cəbrayıl Mikayıl oğlu İbayev idarə etdiyi "VAZ-2109" markalı maşınla Ələt istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn 34 yaşlı Avtandil Qabil oğlu Abbasovun idarə etdiyi "Mercedes" maşınla toqquşub. Zərbədən hər iki maşın deformasiyaya uğrayıb və tam yararsız vəziyyətə düşüb. Sürücü və maşındakı sərnişinlər FHN Cənub Regional İdarəsinin xilasediciləri tərəfindən çıxarılıb.
"VAZ-2109" markalı maşının sürücüsü Cəbrayıl İbayev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Maşında olan 2 sərnişin və "Mercedes"in sürücüsü Avtandil Qabil oğlu Abbasov təcili yardım maşını ilə Lənkəran regional müalicə diaqnostika mərkəzinin travmatalogiya şöbəsinə yerləşdirilibər. Hadisənin baş verməsinə bu dəfə də yüksək sürətin səbəb olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB