Musson yağışları yenə can aldı

Musson yağışları yenə can aldı

Hindistanın şimalını təsiri altına alan musson yağışları Rajastan əyalətində 20 adam həyatına son qoyub. SİA-nın verdiyi məlumata görə, Rajastan əyalətinin paytaxtı Jaipurda iki gündür davam edən yağışlar 20 min adamı evlərini tərk etmək məcburiyyətində qoyub. Hidrometroloqlar Rajastanın son 30 ilin ən sıx musson yağışları ilə üz-üzə gəldiyini açıqlayıb. Hindistanın şimal əyalətlərdən Uttarakhandda da 34 adam musson yağışlarının yaratdığı selnəticəsində həyatını itirib.

Xatırladaq ki, iyun ayında da Assam əyalətində 24 adam ölmüşdü, 1 milyona yaxın adam isə evlərini tərk edib digər əyalətlərdə məskunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə