Gecə saatlarında Quba rayonu ərazində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, ağır qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 159-cu km-də, Qubanın İqrıq kəndi ərazində qeydə alınıb. 37 yaşlı Quba rayonu, İqrıq kənd sakini Əlibala İskəndərovun idarə etdiyi "Qaz 53" markalı su maşını ilə Bakı şəhər sakini, 27 yaşlı Elman Quliyevin idarə etdiyi "MAN" markalı ağır tonnajlı yük maşını ilə toqquşub. Hadisə şahidlərin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub.
Su daşıyan maşın tam yararsız vəziyyətə düşərək yük maşının altında qalıb. Qəza nəticəsində Əlibala İskəndərov ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğu bildiriblər.
Qeyd edək ki, hadisə yerinə polislə yanaşı FHN-nin xilasedici qrupu da cəlb olunub.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB