Sloveniyanın paytaxtı Lyublyanedə hava şarının ağaca çırpılması nəticəsində 2 nəfər həlak olub. "Assoşeyted Press" agentliyi xəbər verir ki, göyərtədə 32 nəfər olub ki, bunlardan 30-u sərnişin, ikisi isə pilot olub.
Yerli polisin məlumatına görə, 18 xəsarət alan müxtəlif xəstəxanalara yerləşdirilib. Sərnişinlərdən altısı uşaq olub. Qeyri-rəsmi məlumatlara görə isə, hadisə zamanı 4 nəfər dünyasını dəyişib. Polis itkin düşən şəxslərin axtarışlarını aparır.
Olayın baş verməsinə isə qasırğanın səbəb olduğu ehtimal edilir. Belə ki, güclü külək nəticəsində hava şarının ağaca çırpıldıqdan sonra yandığı bildirilir.
Qeyd edək ki, Lyublyane turist agentliyi turistlərə hava şarında ekskursiya xidmətini də göstərir. 500 metrədək yüksələn şarlarla səyahət 1-1,5 saat davam edir. Qiymət isə 70-90 avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB