Şanslı sürücü

Dünən Çində baş verən qəza möcüzə ilə nəticələnib. Çinin cənubundakı Hunan bölgəsində 1 ton çınqıl yüklənmiş yük maşınının sürücüsü idarəetməni itirib və ağır yükün də təsiriylə qəza baş verib. Nəhəng nəqliyyat vasitəsi elə o an yanından keçən avtomobilin üzərinə aşıb.

Daha sonra hadisə yerinə gələn xilasetmə dəstəsi yük maşınının altında qalan avtomobil sürücüsünü xilas etməyə çalışıb. Bir saat davam edən xilasetmə işləri yaralı sürücünün dağıntıdan çıxarılması ilə başa çatıb. Son model avtomobilin istifadə üçün yararsız hala düşməsinə baxmayaraq sürücüsünün vəziyyətinin yaxşı olduğu açıqlanıb. Həkimlər sürücünün yalnız bir neçə sümüyünün qırıldığını bildiriblər və onun yaşamasını möcüzə adlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə