Gənc oğlanın meyidi tapıldı

Ötən gecə paytaxtın Nizami rayonu Babək prospekti 33 A ünvanında gənc oğlanın meyiti tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırmalar zamanı meyidi tapılan şəxsin Ağdaş sakini, 1992-ci il təvəllüdlü Nicat Yaşar oğlu İsmayılov olması müəyyənləşib.

Onun ölümünün səbəbləri hələlik məlum deyil. Meyit ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə