Həbsdən yeni çıxmış şəxslər arasında dava: 1 ölü

Həbsdən yeni çıxmış şəxslər arasında dava: 1 ölü

Bakının Biləcəri qəsəbəsində qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Mehman Mirzəyev münaqişə zəminində tanışı, 38 yaşlı Elxan Piri oğlu İbadovu yaşadığı evin qarşısında bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M.Mirzəyev saxlanılıb.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslərin hər ikisi məhkumluq həyatı yaşayıb. Onlar bir neçə gün əvvəl azadlığa çıxıblar. Keçmiş məhkumların aralarında baş vermiş mübahisəyə isə söyüş səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə