"Azəriqaz" İstehsalat Birliyindən oğurluq etmiş şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə məxsus 2900 metr dəmir boruları oğurlamış Yevlax rayon sakinləri Şahin Məmmədov, Malik Babayev və Bakı şəhər sakini Kənan Ağayev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB