Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, "VAZ 21 115" markalı AZ 55 BB 015 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən 18 yaşlı orta məktəb şagirdi Əliyev Şahlar Firdovsi oğlunu vurub. Qəzanın ardından idarəetməni itirən avtomaşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Piyada isə dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkim müdaxiləsindən sonra onun həyatı xilas olunsa da vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hadisəyə hüquqi qiymət isə araşdırmalardan sonra veriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB