İsmayıllı dağlarında güclü yanğın baş verib

İsmayıllı dağlarında güclü yanğın baş verib

İsmayıllı rayonunun Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə baş vermiş güclü yanğın artıq söndürülüb. Alovun meşə zolağına keçməsinin qarşısı alınıb.

İsmayıllı rayonunun Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır. FHN-nin rəsmi saytına istinadən verilən məlumata görə, yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Be-200 markalı amfibiya təyyarəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə