Şirvanda 2 ağır yük maşınlarının toqquşması nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, günorta saat 14:30 radələrində Şirvan şəhərinin Çılpaqlı adlanan yaşayış massivinin ərazisində, Şirvan-Salyan avtomabil yolunun 2-ci km-də qəza baş verib. Beləki Şirvan OYL-a müəssisəsinə (ARDNŞ ) məxsus olan "KrAZ" markalı 18 AC 512 nömrə nişanlı "AQREQAT" öz yolunda hərəkətdə olarkən əks istiqamətdən gələn "KAMAZ" markalı 18 BD 232 nomrəli avtomabil sol tərəfə dönmək istəyən zaman "KrAZ"-ın qarşısına çıxaraq vurub, özü isə dərəyə yuvarlanıb. Nəticədə "KrAZ"-ın sürücüsü Şirvan sakini 1956-cı il təvəllüdlü Səmədov Novruz Ağasən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Kamazın sürücüsü isə qəza baş verən kimi maşını hadisə yerində qoyaraq qaçıb.
Qeyd edək ki, hadisə ilə bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB