Şirvanda sürətlə hərəkət edən maşın piyadanı vuraraq öldürüb. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə ötən gün Şirvan şəhərində Heydər Əliyev prospektində qeydə alınıb. Hacıqabul rayonu Rəncbər kənd sakini 1989-cu il təvəllüdlü Məlikov Balaqardaş Əbil oğlu sürətlə idarə etdiyi "VAZ 21015" markalı 99 BE 015 dövlət nömrə nişanlı avtomobillə piyada, 1962-ci il təvəllüdlü Şirvan şəhər sakini Əliyev Ələddin Bayram oğlunu vuraraq ağaca çırpılıb. Nəticədə piyada ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ələddin Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ilə bağlı Şirvan şəhər Polis İdarəsində cinayət işi açılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB