Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, bu gün Kazımzadə küçəsində yaşayan Elnur Əhmədov bacısı Günay Sadıqovanın qarın və kürək nahiyəsindən daxilə nüfuz edən zərbə, özünə isə qolundan bıçaq xəsarətləri yetirib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov yaxalanıb.
Bununla yanaşı avqustun 3-də Buzovna qəsəbəsi A.Xəlilov küçəsində yaşayan Tofiq Ağayev bıçaq xəsartləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Əsgərov avqusun 4-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB