Soyuq silah can aldı

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyulun 28-i saat 18:30 radələrində, Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən Gülüstan bağında qarın nahiyəsində beş bıçaq xəsarəti olan 35-40 yaşlarında kişi meyiti aşkar olunub. DİN KTİ və Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının apardıqları araşdırmalar zamanı qətlə yetirilmiş şəxsin kimliyi müəyyənləşib. Onun əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Qonza Vladimir Viktiroviç olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışlar İdarəsinin, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarışları Şöbəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini Karqina Yelena Aleksandrovna ötən gün yaxalanıb.

Həmçinin ötən axşam 19:03 radələrində, Pirşağı çimərliyində Bakı şəhər sakini Şəhriyar Əliyev mübahisə zəminində qəsəbə sakini Samir Əliyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyinə görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə