Yol qəzası 2 gəncin həyatına son qoydu

Yol qəzası 2 gəncin həyatına son qoydu

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün 01:20 radələrində, R.Qəmbərov küçəsində Bakı şəhər sakinləri Ceyhun Hacıyevin idarə etdiyi "VAZ-2106" markalı və Mürvət Sadıqovun idarə etdiyi "Mersedes"markalı avtomobillər toqquşub. Qəza nəticəsində C.Hacıyev aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Bununla yanaşı, ötən gecə 02:30 radələrində, Nobel prospektində Bakı şəhər sakini Samir Həsənov "Ford Fokus" markalı avtomobilin idarəetməsini itirərib. Avtomobilin aşması nəticəsində S.Həsənov hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə