Qubadan yasdan qayıdan qohumlar Quba-Şabran yolunda ağır qəzaya düşdülər. 4 nəfərdən 2-si hadisə yerindəcə ölüb. SİA-nın Şimal bürosu xəbər verir ki, Sumqayıt ın Stalçay kənd sakinləri yasdan qayıdarkən Quba-Bakı yolunun 27-ci km-liyində, Şabranın Şahnəzərli kəndinin yaxınlığından keçən hissəsində VAZ-2106 markalı avtomobil yol kənarındakı qoz ağacına çırpılır. Ağır qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə nəticəsində yerindəcə dünyalarını dəyişiblər.
Sonradan məlum olur ki, avtomobildə olan 4 nəfər yaxın qohumlardır. Yaralanlar Soltan Hacıyev və Sücayət Ağakişiyevdir. Ölənlər isə sürücü Ata 64 yaşlı Habil Ağakişiyev və oğlu 36 yaşlı Asəf Ağakişiyevdir.
Ağır qəza zamanı FHN-nin Şabran rayonundan yerli xilasediciləri avtomobildə olan ata və oğulun meyidlərini 40 dəqiqə ərzində çətinliklə də olsa çıxara biliblər.
Hadisə zamanı Təcili Tibbi yardım maşını çağrılsa da hadisə yerinə yox Xaçmaz istiqamətinə yalnış gediblər. Bu isə bir qədər vaxt alıb. Sonradan hadisə yerini müəyyənləşdirdikdən sonra gələ biliblər. Ölənlər Xaçmaz morquna, yaralananlar isə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB