Şəmkir "kabusları" ələ keçdi

Şəmkir "kabusları" ələ keçdi

Xeyli müddətdir Şəmkir rayonunda sakinləri qorxu altında saxlayan, evlərə basqın edən şəxslər nəhayət həbs edilib. SİA xəbəri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. Məlumatda bildirilir ki, cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olan rayon sakinləri – Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə