Yol hərəkəti qaydalarına əməl olunmaması yenə ağır qəzaya səbəb olub. SİA-nın Şimal Bürosunun verdiyi məlumata görə, gecə saatlarında Siyəzəndə qeydə alınan yol nəqliyyat hadisəsində 8 nəfər xəsarət alıb.
Siyəzən rayonunda ağır yol qəza hadisəsi baş verib. Hadisə Bakı-Quba Rusiya sərhəd yolunun 114-cü kilometrliyində qeydə alınıb. Rusiyadan Zaqatala rayonuna gedən 50 yaşlı Rauf Məhəmmədəli oğlu Ömərovun idarə etdiyi və içində sərnişinlər olan "Mercedes" markalı mikroavtobus 44 yaşlı Cavanşir Talıbovun idarə etdiyi "Belarus MTZ" markalı traktorla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü ilə birlikdə 8 sərnişin xəsarət alaraq Siyəzən rayon müalicə və diaqnostika mərkəzinə çatdırılıb. Mərkəzdən veriləən məlumata görə, yaralılardan 5-nin vəziyyəti xüsusilə ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmalara başlayıb. BDYP-nin müstəntiqi Elşən Mürsəliyevin verdiyi məlumata görə, hadisəyə səbəb traktorun qəfildən magistral yolun sol tərəfindəki arakəsmədən "Mercedes"in qarşısına çıxması olub. Qəzanın dəqiq səbəbləri isə təytin olunmuş avtotexniki ekspertizanın rəyindən sonraq məlum olacaq.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB