Salyanda bir ailənin tükürpədici qətliamı baş verib. SİA-nın Aran bürosuna Salyan rayon Prokurorluğundan verilən məlumata görə, dəhşətli qətl hadisəsi günorta saatlarında Arbatan kəndində baş verib.
İlkin məlumata görə, rayonun Arbatan kənd sakini 26 yaşlı Xəlil Ramiz oğlu Hüseynov əvvəlcə üstündə gəzdirdiyi bıçaqla arvadı Kübra Hüseynovanı, sonra isə bacısının əri, Arbatan kənd sakini 37 yaşlı Zaur Nizami oğlu Gözəlovu çoxsaylı bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirib.
Xəlil Hüseynov Salyan şəhərinə gələrək X.R.Ulutürk prospektində yaxın qohumu olan 27 yaşlı Cəlal Nizami oğlu Baxışova da bir neçə yerdən bıçaq zərbəsi endirib.
Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Cəlal Baxışovun üzərində əməliyyat aparılıb. Xəstəxanadan verilən məlumata görə vəziyyəti ağır olaraq qalır.
Cinayətkar isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xəlil Hüseynovun hansı səbəbdən öz yaxınlarını qətlə yetirdiyi hələ məlum deyil.
Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB