Bakıda binada partlayış olub

Bakının Yasamal rayonunda vətəndaşa məxsus birmərtəbəli üçotaqlı evin hamamında bu gün günorta saatlarında partlayış olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumatına görə, nəticədə 1 kvadratmetr sahədə pəncərə çərçivəsi yanıb, ev sakini xəsarət alıb və xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala əasən, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə