Fəhlə prospektində neft gölməçələrindən biri yanır

Fəhlə prospektində neft gölməçələrindən biri yanır

Bakının Fəhlə prospektində yerləşən ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə "Luna Park"ın yaxınlığındakı neft gölməçəsində qeydə alınıb. Yanğın ilk olaraq ərazidə olan quru ot sahəsindən meydana gəlib.


Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları yanğının qarşısının alınması istiqamətində tədbirlər görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə